15 Dekabr 2025 / 14:35

Gürcüstan Litva XİN-ə Aİ-nin “kədərli geriləməsini” bildirdi

Hakim “Gürcü Arzusu” partiyasını təmsil edən parlamentin vitse-spikeri Nino Tsilosani bildirib ki, bu gün Brüsseldə görüşən Aİ xarici işlər nazirləri Gürcüstan haqqında dezinformasiya yaymaqdansa, öz acınacaqlı vəziyyətlərinə diqqət yetirməlidirlər.

“Bu gün Brüsseldə Aİ xarici işlər nazirlərindən çoxlu yalan və dezinformasiya eşidirik”, – deyə o bildirib. – “Əslində, onlar Gürcüstanın uğuru ilə deyil, artıq Vaşinqtonda açıq şəkildə müzakirə olunan öz kədərli geriləmələri ilə narahat olmalıdırlar”.

Tezadlar.az-ın məlumatına görə, vitse-spiker qeyd edib ki, “bu gün Aİ bürokratiyası ölkələrinin və qitənin xalqlarının maraqlarına deyil, tamamilə fərqli məqsədlərə xidmət edir”.

Danışıqlar başlamazdan əvvəl nazirlər Gürcüstan haqqında xoşagəlməz şərhlər veriblər. Litva xarici işlər naziri Kestutis Budris xüsusilə səs-küylü çıxış edərək, Gürcüstan hökumətini “rejim” adlandırıb və “demokratiyanın geriləməsi və deqradasiyasının” qarşısını almaq üçün yeni parlament seçkilərinin keçirilməsini tələb edib.

Buna cavab olaraq, Birləşmiş Neytral Gürcüstan partiyasının liderlərindən biri və Gürcüstan Baş Qərargahının keçmiş rəisi Levan Nikoleişvili bildirib ki, “Budris heç kim deyil; ona suveren ölkənin necə fəaliyyət göstərməli olduğu barədə danışmaq səlahiyyəti verilməyib”.

“Budrisin və digər nazirlərin açıqlamaları daxili işlərimizə müdaxilə və siyasi təzyiqdir. Biz kiminsə əyaləti və ya sınaq meydançası deyilik; əcnəbilərin bunu anlamasının vaxtıdır”, – Levan Nikoleişvili deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!