16 Dekabr 2025 / 12:00

UTX Kirkorovu niyə axtarışa verib?

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Federasiyasının Xalq Artisti Filipp Kirkorovu axtarışa verib.

Tezadlar.az  xəbər verir ki, bu haqda Rusiya KİV-ləri məlumat yayıb. Bildirilib ki, Kirkorov agentliyin məlumat bazasına 30 oktyabrda əlavə edilib, lakin xəbər yalnız bu gün, 16 dekabrda açıqlanıb.

UTX F.Kirkorovu ölkənin Luqansk, Donetsk, Zaporojye və Xerson ərazilərinə giriş-çıxış qaydalarını pozmaqda ittiham edib və bunu “Ukraynanın milli maraqlarına zərər” kimi qiymətləndirib.

Qeyd olunub ki, oktyabrın sonunda Ukrayna Baş Prokurorluğu Filipp Kirkorova Krımda çıxışları ilə əlaqədar qiyabi ittiham irəli sürüldüyünü açıqlayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!