16 Dekabr 2025 / 15:42

Nura Suri nazirdən və Baş Prokurordan kömək istədi: “Bizi və ailə üzvlərimizi mümkün risklərdən qoruyun”

“Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova mətbuata açıqlama verərək bildirib ki, saat 11:00 radələrində AMEA-nın qarşısından professor, yazıçı Vuqar Əhməd aparılıb. Bu məlumat bütün xəbər saytlarında eyni formada yayılıb. Axşam saatlarında isə Vuqar Əhməd özü təkzib verərək xəstə olduğunu və işə getmədiyini bildirib. Bu bir-birinə zidd iki açıqlamaya inanmaq mümkün deyil”. Tezadlar.az  xəbər verir ki,  bu sözləri müğənni Nura Suri sosial media hesabında bildirib:
“Eyni zamanda, Elmlər Akademiyasında çalışan şəxslərdən biri bildirir ki, Vüqar Əhməd akademiyanın qarşısından maskalı şəxslər tərəfindən avtobusa mindirilərək aparılma hadisəsi baş verib. Bundan sonra Almaxamın atası ilə paylaşdığı video yayımlandı:
“Heç nə olmayıb, atam yanımdadır.”
Bu halda ciddi suallar yaranır: Əgər heç nə olmayıbsa, niyə institutun elmi katibi belə açıqlama verib? Əgər aparılma olmayıbsa, niyə bütün saytlar eyni xəbəri yayıb?  Əgər aparılma olubsa, niyə rəsmi qurumlardan heç bir açıqlama yoxdur?
Hər yer kameradır – görüntülər niyə araşdırılmır?
İnsanların gördüyü hadisəni sonradan Vuqar Əhmədin təkzib etməsi təzyiq ehtimalını düşündürmürmü?
Əgər bu hadisə Mədəniyyət Nazirliyində çalışan bir əməkdaşla bağlı məsələlər fonunda 63 yaşlı bir professorun başına gətirilibsə, bu artıq çox ciddi bir problemdir. Mən – Aynurə (Nura Suri) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən – cənab Vilayət Eyvazovdan, Azərbaycan Respublikasının Baş Prokurorluğundan – cənab Kamran Əliyevdən bu məsələnin araşdırılmasını xahiş edirəm.
Eyni zamanda Almaxanım Əhmədlini, Təranə Mahmudovanı, Şəhriyar Musayevi, məni və ailə üzvlərimizi mümkün risklərdən qorumağınızı xahiş edirəm”.
Qeyd edək ki, bir müddət əvvəl sənətçi bu məzmunda daha bir paylaşım etmişdi . O, Vüqar Əhmədin təkzibinə inanmadığını və “telefonuma 10 dəqiqə zəng çatmasa, bilin ki, mənə nəsə olub” sözlərini qeyd etmişdir.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!