Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Xarici İşlər Nazirliyi xaricdəki çağrı mərkəzlərində girov saxlanılan Rusiya vətəndaşlarının azad edilməsi üçün çalışır.
Tezadlar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu REN TV-yə verdiyi müsahibədə açıqlayıb.
Diplomat Myanmada transmilli cinayətkarlığın yeni bir formasının aşkarlandığını vurğulayıb.
“Bir müddət əvvəl Rusiya tərəfinin Myanma hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən rusiyalı diplomatların səyləri sayəsində biz belə bir cinayətkar çağrı mərkəzindən bir qadını azad edib evinə apara bildik”, – Zaxarova qeyd edib.
Bundan əlavə, bu yaxınlarda cinayət mərkəzlərindən birində daha bir neçə rus qadınının girov saxlanıldığı bildirilib. Rusiya Xarici İşlər Nazirliyi hüquq-mühafizə orqanları və digər qurumlarla fəal əməkdaşlıq edir.
“Biz yalnız lazım olanı deyil, əlimizdən gələni edirik”, – Zaxarova vurğulayıb.
Diplomatik qurum hazırda çağrı mərkəzləri və saxlanılan rusiyalı qadınlar haqqında yeni məlumatların əldə edilməsi və yoxlanılması üzərində işləyir.
Xatırladaq ki, 29 oktyabrda Myanma çağrı mərkəzində qanunsuz saxlanılan Rusiya vətəndaşı vətəninə qayıtmaq üçün Çinə təxliyə edilib.`
E.ŞİRİNOV