Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Belçikanın Aİ-dəki Daimi Nümayəndəsi Peter Moors Avropa sammiti ərəfəsində həmkarlarına bildirib ki, Avropa banklarında dondurulmuş suveren Rusiya aktivlərinin istifadəsi ilə bağlı danışıqlar tərsinə gedir.
Tezadlar.az “Politico”ya istinadən xəbər verir ki, onun sözləri diplomatları sözün əsl mənasında şoka salıb.
Bir gün əvvəl mediada Ukraynanın maliyyələşdirilməsi məsələsinin qarşıdan gələn Aİ sammitində müzakirə olunacağı barədə məlumatlar yayılıb. İki variant müzakirə olunacaq: böyük birgə kredit və dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi.
“Biz geriyə doğru gedirik”, – Moors qeyd edib.
Diplomat vurğulayıb ki, Rusiya aktivlərinin istifadəsi ilə bağlı hər hansı bir qərarı yalnız Belçikanın Baş naziri Bart de Vever verə bilər.
E.ŞİRİNOV