Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Böyük Britaniya hökuməti Rusiya ilə əlaqəli 24 şəxs və təşkilata qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin saytında dərc olunan siyahıya “Tatneft” və “RussNeft” neft şirkətləri daxildir.
Bu qərar reyestrə daxil olanlar üçün aktivlərin dondurulması və maliyyə və investisiya məhdudiyyətləri deməkdir. London məhdudlaşdırıcı tədbirlərin əsaslarını “Ukraynanın qeyri-sabitliyində iştirak, onun ərazi bütövlüyünü, suverenliyini və ya müstəqilliyini sarsıtmaq və ya təhdid etmək; və ya Rusiya hökumətindən faydalanmaq və ya onu dəstəkləmək” kimi göstərir.
E.ŞİRİNOV