Mixail Barşçevskinin Rusiya Konstitusiya Məhkəməsindəki (KM) vəzifəsindən istefası “Larisa Dolina işi” ilə əlaqəli ola bilər.
Tezadlar.az xəbər verir ki, rusiyalı politoloq Georgi Bovt bu barədə Telegram-da bildirib.
Ekspertin sözlərinə görə, Barşçevski hökumətin KM-dəki nümayəndəsi vəzifəsindən istefa vermiş ola bilər, çünki o, dolayı yolla Dolinanın mənzili ətrafındakı qalmaqalla əlaqəlidir və bu qalmaqal Ali Məhkəmənin işə yenidən baxılması qərarından sonra xüsusilə diqqət çəkib.
E.ŞİRİNOV







