Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsveçin Baş naziri Ulf Kristersson Ukraynaya kreditin maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə planı ilə bağlı Avropa Birliyi (AB) ölkələri ilə razılığa gəlinməməsindən məyus olduğunu bildirdi.
Tezadlar.az xəbər verir ki, siyasətçi AB sammitindən sonra jurnalistlərə bildirib.
“Hətta yaxın da deyildi. Buna təəssüf edirəm”, – Kristersson deyib. O, uğurla bağlı heç bir illüziyasının olmadığını qeyd edib, çünki qərar üçün aktivlərin 90 faizinin saxlanıldığı Belçikanın razılığı da daxil olmaqla, ixtisaslı səs çoxluğu tələb olunurdu.
İsveçin Baş nazirinin sözlərinə görə, o, bu nəticəni qabaqcadan görüb, çünki bir neçə ölkə Belçikanın narahatlıqlarını bölüşür. Kristersson bildirib ki, Belçika bir neçə aydır ki, etirazlarını açıq şəkildə ifadə edir və bu da konsensusa gəlməyi qeyri-mümkün edir.
Aİ sammiti Ukraynaya Aİ büdcəsi ilə təmin edilən maliyyə bazarlarından borclanmaya əsaslanan sıfır faizli kredit vermək qərarına gəlib. Lakin üç ölkə – Macarıstan, Çexiya və Slovakiya – 2026-2027-ci illər üçün Aİ-nin Ukrayna üçün 90 milyard avroluq sıfır faizli maliyyələşdirməsində iştirak etməkdən imtina ediblər.
E.ŞİRİNOV