Ötən gecə Ukraynanın Təhlükəsizlik Xidməti ilk dəfə Aralıq dənizinin neytral sularında Rusiyanın “kölgə donanması”na məxsus tankeri pilotsuz uçuş aparatları ilə vurub. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, çoxmərhələli əməliyyat nəticəsində Ukraynadan 2 min kilometrdən artıq məsafədə, Aralıq dənizinin neytral sularında “QENDIL” adlı, Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən tanker PUA-lar ilə vurulub. Bildirilir ki, tanker kritik zədələr alıb və artıq təyinatı üzrə istifadə edilə bilinməyəcək.
Rusiya Müdafiə Nazirliyi isə hələki bu faktı təkzib edən məlumat paylaşmağa tələsmir.
A.Məmmədli







