Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Moskvadakı “Moscow City” biznes mərkəzinin 62-ci mərtəbəsindəki “Sixty” restoranında yemək yeyərkən görünüb.
Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
“Restoranı ziyarət edən bir suriyalı mühacir onunla birlikdə nahar edən yüksək vəzifəli qonaqlardan birinin ölkəsinin devrilmiş keçmiş lideri Bəşər Əsəd olduğunu aşkar etdikdə təəccüblənib”, – deyə məlumatda bildirilir.
Restoranın işçiləri suriyalıdan Əsədin və ya digər qonaqların şəklini çəkməməyi xahiş ediblər.
Daha əvvəl, 27 sentyabrda Suriyanın Əsəd üçün qiyabi həbs qərarı verdiyi bildirilmişdi. Keçmiş prezident qəsdən adam öldürmə, ölümlə nəticələnən işgəncə və qanunsuz həbs də daxil olmaqla ciddi ittihamlarla üzləşir.
E.ŞİRİNOV