23 Dekabr 2025 / 16:01

“2026-cı ildə sahibkarlara qarşı əsassız yoxlamalar dayandırılacaq” -Təhlükəsizlik Komitəsinin rəhbəri

Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) rəhbəri general-polkovnik Kamçıbek Taşiyev 1 yanvar 2026-cı ildə hüquq-mühafizə orqanlarının sahibkarlara qarşı əsassız yoxlamaları dayandıracağını açıqlayıb.

O, vicdanlı sahibkarların qanuni hüquqlarının qorunmasının və iqtisadi azadlığın təmin edilməsinin prioritet olacağını bildirib. Qanunsuz fəaliyyətlə məşğul olanlara isə sərt cəzalar tətbiq ediləcək.

Tezadlar.az  24.kg-ə istinadən xəbər verir ki, bu açıqlama bu gün Çuy vilayətinin Alamudun rayonunun Taş-Moynok kəndində, DMTK-nın Qızıl-Beles istirahət mərkəzinin açılış mərasimində verilib.

DMTK rəhbəri, həmçinin vurğulayıb ki, 2026-cı ildə maliyyə, enerji və mədən sektorları da daxil olmaqla bütün dövlət qurumlarında, o cümlədən də ictimai xidmət mərkəzlərində korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndiriləcək.

 

JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!