24 Dekabr 2025 / 13:40

Bişkeklə bağlı həyəcan təbili çalınıb: Paytaxtın yaşıllığı azalıb, çirklənmiş havada boğulur…

Qırğızıstan paytaxtının yaşıl sahəsi son illərdə 20 faiz azalıb.

Tezadlar.az  24.kg-ə istinadən xəbər verir ki, bu rəqəmlər paytaxtın yeni Baş Planının tərtibatçıları tərəfindən ictimai dinləmələr zamanı təqdim edilib.

Qabaqcıl  Şəhər İnkişafının Elmi Tədqiqat İnstitutunun (Sankt-Peterburq) memarı İrina Qrişeçkinanın sözlərinə görə, Bişkekdə hava çirkliliyinin səviyyəsi icazə verilən maksimum konsentrasiyanı 3-5 dəfə üstələyir ki, bu da birbaşa  yaşıl sahələrin itirilməsi və xaotik inkişafın artması ilə əlaqəlidir.

Mütəxəssislər qeyd ediblər ki, şəhər ekosistemlərinin deqradasiyası suvarma şəbəkəsinin kritik vəziyyəti ilə daha da ağırlaşır.

Sanitariya standartlarının pozulması əlavə təzyiq yaradır. Təhlil göstərib ki, sanitariya mühafizə zonalarının 95 faizi əslində yaşayış binaları tərəfindən işğal olunub ki, bu da şəhərsalma qaydaları ilə icazə verilmir.

Baş plan hazırlayanlar vurğulayırlar ki, yaşıl sahələrin bərpası, suvarma sisteminin modernləşdirilməsi və mühafizə olunan zonaların səliqəyə salınması şəhər mühitinin yaxşılaşdırılması və hava çirkliliyinin azaldılması üçün əsas tədbirlər olmalıdır.

 

JASMİN

 

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!