Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Digər ölkələrdə təhlükəsizlik vəziyyəti məhz miqrantlar səbəbindən daha da pisləşib
Budapeşt 2026-cı ildə AB miqrasiya paktına qarşı “üsyan” edəcək.
Tezadlar.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlayıb.
“İndi çox uzaq görünə bilər, amma 2026-cı ilin ən vacib döyüşlərindən biri bu yay qüvvəyə minəcək Brüsselin miqrasiya paktına qarşı Macarıstanın üsyanı olacaq”, – Siyarto Facebook-da yazıb.
Onun sözlərinə görə, AB-nin dəfələrlə bildirdiyi kimi, Macarıstanın miqrantları ölkəyə buraxmaqdan imtina etməsi tamamilə göz qabağındadır. Lakin xarici işlər nazirinin qeyd etdiyi kimi, blok indi Budapeşti miqrasiya ilə bağlı müəyyən ödənişlər etməyə məcbur etməyə çalışır. Siyarto bunun tamamilə absurd olduğunu düşünür.
O, Macarıstanın 10 ildən çox əvvəl miqrantlara qarşı bir maneə qurduğunu və onları qəbul etməkdən imtina etdiyinə görə gündəlik 1 milyon avro cərimə olunduğunu xatırladıb.
Eyni zamanda, Macarıstanın xarici işlər naziri digər Qərbi Avropa ölkələrində təhlükəsizlik vəziyyətinin məhz miqrantlar səbəbindən daha da pisləşdiyini qeyd edib. İndi isə Aİ sadəcə onları başqa ölkələrə yönləndirməklə onlardan qurtulmaq istəyir.
“Bizə miqrantlar lazım deyil, paralel cəmiyyətlər lazım deyil və Milad tətillərini terrorizm təhdidi altında keçirmək istəmirik”, – deyə Siyarto bildirib.
E.ŞİRİNOV