30 Dekabr 2025 / 12:13

Cənubi Koreya Şimali Koreyaya qarşı bəzi sanksiyaları ləğv etməyi nəzərdən keçirəcək

Cənubi Koreya Şimali Koreyaya qarşı bəzi sanksiyaları ləğv edə bilər.

Tezadlar.az bildirir ki, bu barədə “Yonhap” məlumat verib.

“Birləşmə Nazirliyi bildirib ki, Cənubi Koreyanın Şimali Koreyaya qarşı 2010-cu ildə keçmiş Li Myonq Bak administrasiyası dövründə tətbiq edilmiş birtərəfli sanksiyalarının ləğvini “hərtərəfli” nəzərdən keçirəcək”, – deyə nəşr bildirib.

Sözügedən sanksiyalar 24 may 2010-cu ildə Şimali Koreya qüvvələrinin Cənubi Koreyaya məxsus “Çonan” gəmisinə hücumundan sonra tətbiq edilib.

Rəsmilərin sözlərinə görə, məhdudiyyətlər öz aktuallığını itirib və artıq Koreyalararası mübadiləyə mane olmur.

“Yonhap” əvvəllər Şimali Koreya qoşunlarının Cənubi Koreya ilə sərhədi pozduğunu bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!