Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya İrana təmiz su ixrac edə bilər.
Tezadlar.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə İrandakı Rusiya Ticarət Nümayəndəliyinin hazırkı rəhbəri Aleksey Yefimov bildirib.
Onun sözlərinə görə, Moskva İrandakı fəlakətli quraqlıq səbəbindən bu təbii sərvətin çatışmazlığından əziyyət çəkən İran istehlakçılarına təmiz su ixracını təşkil etməyə tam hazırdır.
Yefrimov onu da vurğulayıb ki, İran hələ quraqlıqla mübarizədə kömək üçün Rusiya hökumət nümayəndələrinə rəsmi olaraq müraciət etməyib:
“Rusiya tərəfindən İran su anbarlarını doldurmaq üçün Rusiyadan su ixracı ilə bağlı heç bir rəsmi sorğu almamışıq. Belə bir sorğu yaranarsa, biz əsaslı dialoqa və mümkün əməkdaşlıq formalarının müzakirəsinə hazırıq.”
O, Rusiyanın İranın uzun müddət davam edən quraqlıq dövrü məsələsinin nə qədər aktual olduğunu başa düşdüyünü diqqətə çatdıraraq İrandakı quraqlığın Xəzər dənizi ölkələri arasında beştərəfli dialoqun gündəliyinə daxil edilə biləcəyini təxmin edir.
Eyni zamanda, o qeyd edib ki, İran hazırda su çatışmazlığını özü həll etmək üçün resurslar axtarır – təxminən bir ay əvvəl Fars körfəzindən İsfahana dəniz suyu çatdırılıb.
Xatırladaq ki, bir müddət əvvəl İranın energetika naziri Abbas Əliabadi İran qonşuları ilə şirin su idxalı ilə bağlı ilkin danışıqlar apardığını açıqlayıb.
JASMİN