Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Berlin Senatı şəhərin bir neçə rayonunda elektrik kəsintilərinə kabel yanğınları səbəb olduqdan sonra fövqəladə vəziyyət elan etdi.
Tezadlar.az bildirir ki, bu barədə Senatın Daxili İşlər və İdman İdarəsi məlumat verib.
Berlin hakimiyyəti şəhərin cənub-qərbindəki bir neçə rayonun kabel yanğınları səbəbindən elektriksiz qalmasından sonra fövqəladə vəziyyət elan etdi.
Senator İris Spranger müvafiq qərarı verib. Bu hüquqi çərçivə fəlakətdən sonra zərərçəkənlərə kömək etmək üçün Bundesver, federal polis və ya humanitar təşkilatların dərhal səfərbər olunmasına imkan verir.
Əvvəllər Berlində kabel körpüsündə baş verən yanğın səbəbindən 50.000 ev təsərrüfatının elektriksiz qaldığı bildirilirdi.
Solçu radikal qrup “Vulkan” elektrik kəsintisinə görə məsuliyyəti öz üzərinə götürdü.
E.ŞİRİNOV