Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Yanvar 2026 / 22:10

HƏMAS-da gizli səsvermə: yeni lider seçiləcək

HƏMAS hərəkatı bu ay ərzində yeni lider seçməyi planlaşdırır.

Tezadlar.az-ın məlumatına görə, bunu “Reuters” agentliyinə təşkilatdakı iki mənbə bildirib.

Hərəkatın rəhbər postu 2024-cü ildə İsrail Yəhya Sinvarı məhv etdikdən sonra boşdur.

Lider postuna əsas namizədlər Xalil əl-Hayya və Xalid Məşal hesab olunur.

Hər iki namizəd Sinvarın ölümündən sonra hərəkatı idarə edən beş nəfərlik rəhbər şuraya daxildir. Onun sələfi İsmayıl Haniyə isə 2024-cü ildə İrana səfəri zamanı İsrail tərəfindən öldürülmüşdü.

Mənbələrin sözlərinə görə, seçki prosesi artıq başlayıb. HƏMAS lideri 50 nəfərlik Şura tərəfindən gizli səsvermə yolu ilə seçilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!