Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın çoxsaylı sahələr üzrə sanksiyalarla üzləşməsi fonunda “İstifadə etdiyimiz qazın dörddə biri artıq Rusiyadandır – Gürcüstanda Rus qazının payı artır, Azərbaycan qazının payı isə azalır”, -deyən Gürcüstan Milli Bankın sabiq prezidenti və keçmiş müxalifətçi Roman Gotsiridze sosial şəbəkə hesabında belə deyib. Tezadlar.az xəbər verir ki, o, maraqlı bir fakta da toxunub və bildirib ki, Rusiya qazının ixrac payının artmasının bir neçə aspekti var: “2020-ci illə müqayisədə Rus qazının həcmi dəqiq olaraq 4 dəfə artıb. Gürcüstanda Rus qazının payı artır, eyni zamanda Azərbaycan qazının həcmi azalır. Maraqlıdır ki, Azərbaycan qazının həcmi 2 il əvvəl 1,4 milyard kubmetr idisə, 2024-cü ildə 700 milyon kubmetrədək azalıb. 2025-ci ilin balansı dərc olunacaq və təxminən eyni vəziyyət gözlənilir. Həmin dövrdə isə Rus qazının həcmi artıb; 2024-cü ildə 800 milyon kubmetr olan həcmi 2025-ci ildə istifadə etdiyimiz qazın dörddə birinə çatıb. Bunu hamı yaxşı bilir ki, bu, Rusiyanın müxtəlif ölkələrə qarşı istifadə etdiyi bir növ hərbi alətdir. Avropa tamamilə Rus qazından imtina edib. Macarıstan və Slovakiya isə gələn ildən bu qərara qoşulacaq. Regionda Rusiyanın müttəfiqləri Ermənistan, Gürcüstan, Azərbaycan və Türkiyədir. Rusiyanın qaz satışı demək olar ki, tükənib, lakin Gürcüstana qaz tarifləri azalmaq əvəzinə 2025 və 2026-cı illərdə artırılıb. Bu vəziyyətin bir neçə səbəbi var. Birincisi, siyasi aspektdir – Rusiyanı məmnun etmək və siyasi loyallığın göstəricisi olaraq “Qazprom”a dəstək vermək. “Qazprom” sanksiyaya məruz qalıb və Qərbdə satış edə bilmir. Bundan əlavə, bu ticarətdə şəxsi maraqlar da rol oynayır – “Gürcü Arzusu” partiyası ilə əlaqəli şəxslərin korrupsiya maraqları. İkinci səbəb isə Azərbaycan qazının həcminin azalmasıdır. Zəif ölkəyə heç kim hesabat vermir. Gürcüstan beynəlxalq tərəfdaşlarını itirib və hələlik sanksiyalara məruz qalıb (qismən ABŞ vasitəsilə, İvanışvili kanalı ilə). Avropa İttifaqı Gürcüstanı Avropa dünyasının bir hissəsi kimi qəbul etmir. Hətta regional qonşular da Gürcüstandan uzaqlaşır – Ermənistan Avropa İttifaqına doğru yönəlir, Azərbaycan isə Türkiyənin himayəsi altında Rusiyadan uzaqlaşır. Nəticədə zəif, dostsuz və siyasi “immuniteti” zəif Gürcüstanla bərabər səviyyədə danışmaq istəmirlər. Bu, Azərbaycanın mövqeyində açıq görünür. Azərbaycan Gürcüstana qazı azaldır və deyir: “Get, Rusiyadan Qazpromdan al.” Boşalan qaz isə üçqat qiymətə Avropaya satılır. Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ildə 20 milyard kubmetr qaz ötürülür, bunun 5%-i Gürcüstana pulsuz çatır, yəni təxminən 1 milyard kubmetr. 20 milyard kubmetr qazın 10 milyardı Avropaya Türkiyə vasitəsilə gedir. Azərbaycan müəyyən həcmi Avropaya satmaq öhdəliyi daşıyır, bu isə onun üçün sərfəlidir. Kəmərin maksimum ötürücülük qabiliyyəti 23 milyard kubmetrdir və artıq tavan səviyyəsinə çatıb. Rekonstruksiya bir dəfə aparılıb, 2 milyard kubmetr Gürcüstan ərazisinə yönləndirilib və ötürücülük iki dəfə artırılıb. Yenidən genişləndirmək üçün isə 5–7 il lazım olacaq,” – deyə Roman Gotsiridze bildirib.
Sabiq bank sədri qeyd edib ki, indiki hadisələrdə Rusiya Gürcüstanda mövqeyini gücləndirir, Azərbaycan isə kəmərlərdə boşalan həcmi Avropaya çıxarır: “Rusiyanın faydası odur ki, Gürcüstanda siyasi təsiri güclənib. “Qazprom”un son bəyanatından görünür ki, Qırğızıstan, Gürcüstan və keçmiş Sovet məkanında şirkət möhkəm mövqe tutur. Son 2 ildə Gürcüstanda qaz təchizatı 40,4% artıb. Azərbaycan da faydalanır, çünki kəmərdə Gürcüstana ayrılmış həcmi boşaldıb və qazı Avropaya çıxarır. Azərbaycan bizdən Azərbaycan qazını azaldıb və bizi “Qazprom”a yönəldib. Gürcüstan hökumətinin marağında “Qazprom”dan qaz almaq həm siyasi, həm də şəxsi korrupsiya maraqlarına uyğundur. Buna görə gündən-günə Rusiyadan əlavə qaz həcmləri gətirilir və 2026-cı ildə də bu davam edəcək”.
Rusiya isə sanksiyalar məngənəsindən çıxmaq üçün, hətta Gürcüstan kimi, ərazisini işğal etdiyi balaca bir ölkəyə də möhtac qalıb.
A.Məmmədli