Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Yanvar 2026 / 13:48

Bu ölkədə axşam saatlarında spirtli içki satışı qadağan edilə bilər

Qazaxıstan saat 20:00-dan sonra spirtli içki satışının qadağan edilməsini təklif edilib.

Tezadlar.az   Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu təşəbbüslə  deputat Məhərrəm Məhərrəmov çıxış edib.

Onun sözlərinə görə, ölkədə spirtli içkilərin satışı ilə bağlı qaydaları sərtləşdirmək lazımdır, çünki spirtli içkilər bir çox cinayətlərin səbəbidir.

Deputat hökumətə təklif edib ki:

digər yerlərdə universal qadağanı tətbiq edərkən spirtli içkilər üçün xüsusi satış nöqtələri təyin edilsin;

saat 20:00-dan sonra pərakəndə satış müəssisələrində alkoqollu içkilərin pərakəndə satışı qadağan edilsin;

saat 22:00-dan sonra əyləncə məkanlarında (kafe, restoran) alkoqollu içkilərin satışı qadağan edilsin;

alkoqollu içkilərin onlayn satışı qadağan edilsin;

məcburi rəqəmsal etiketləmə tələb olunan malların siyahısına alkoqollu içkilər daxil edilsin.

“Mədəniyyət və İnformasiya, Təhsil, Elm və Ali Təhsil, Səhiyyə nazirlikləri öyrəşdikləri rəqəmsal və media proqramlarından istifadə edən yetkinlik yaşına çatmayanlar və gənclər arasında alkoqolizmin zərərinin qarşısını almaq üçün vahid proqram hazırlamalıdırlar”, – deyə Məhərrəm Məhərrəmov əlavə edib.

Xatırladaq ki, Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyi də əvvəllər müəssisələrdə spirtli içkilərin satışını məhdudlaşdırmağı təklif etmişdi.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!