Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən il Azərbaycanda pensiyaçıların sayı 1 milyon 98 min 651 nəfər olub.
Tezadlar.az u sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev qurumun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında deyib.
Zəka Mirzəyev bildirib ki, ötən il pensiya xərcləri 7,1 milyard manat olub:
“Ötən il Azərbaycanda orta pensiya 543 manat olub. Bu, 2024-cü ildən 9,3 faiz çoxdur. Yaşa görə orta pensiya 578 manat olub ki, bu da, 2024-dən 9,1 faiz çoxdur. Orta pensiya orta aylıq əməkhaqqının 49,9 faizini, yaşa görə pensiya isə 53,2 faizini təşkil edib”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin əvvəlində ölkə əhalisinin sayı 14 min 205 nəfər və ya 0,14 faiz artaraq, 2025-ci il iyunun 1-nə 10 milyon 239 min 94 nəfərə çatıb.