Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Yanvar 2026 / 20:46

Soğan ixracının dəyəri artdı, həcmi azaldı

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 5,68 milyon ABŞ dolları dəyərində 20 min 417 ton soğan ixrac edib.

Tezadlar.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 % çox, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Gürcüstana 3,19 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 13 % çox) 14 min 433 ton (-%), Rusiyaya 2,1 milyon ABŞ dolları dəyərində (+dəfə) 5 min 57 ton (+4,6 dəfə), Belarusa 339 min ABŞ dolları dəyərində (+38 dəfə) 795 ton (+36 dəfə) və Ukraynaya 70,7 min ABŞ dolları dəyərində (-85 %) 131,55 ton (-92 %) məhsul satıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!