Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Yanvar 2026 / 21:59

İran və Çin XİN başçıları arasında telefon danışığı olub

İranın xarici işlər naziri Abbas Əraqçi ilə çinli həmkarı Van İ arasında telefon danışığı baş tutub.

Tezadlar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Onlar 25 illik əməkdaşlıq sazişi çərçivəsində iki ölkə arasındakı hərtərəfli münasibətlərdən məmnunluqlarını ifadə edərək ölkə liderlərinin qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələri gücləndirmək və genişləndirmək əzmini vurğulayıblar.

A.Əraqçi İrandakı etirazlar barədə də məlumat verib:

“Dinc aksiyalara terror elementlərinin daxil olması etirazların zorakı hal almasına gətirib çıxarıb” , – İran XİN başçısı bildirib.

O, Çinin İranın daxili işlərinə xarici müdaxiləyə etiraz etdiyinə görə minnətdarlığını bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!