Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Yanvar 2026 / 23:55

Makron gözündəki şişkinliyi zarafatla izah etdi

Fransa Prezidenti Emmanuel Makronun ölkənin cənubundakı İstres hərbi bazasında silahlı qüvvələr qarşısında çıxışı zamanı gözündəki qızartı və şişkinlik diqqətdən yayınmayıb. Prezident bu vəziyyəti zarafatla qarşılayaraq hərbçilərə və ictimaiyyətə mesaj verib.

Tezadlar.az xəbər verir ki, günün erkən saatlarında qoşunların yoxlanışı zamanı gün eynəyi taxan Makron rəsmi çıxışına başlamazdan əvvəl xarici görünüşünə görə üzr istəyib: “Gözümün xoşagəlməz görünüşünə görə məni bağışlayın. Bu, əlbəttə ki, tamamilə zərərsiz bir şeydir.”

O, vəziyyəti yumorla şərh edərək, bu görüntünün Silvestr Stallonenin baş rolda oynadığı məşhur “Rokki III” filmindəki “Pələng Gözü” (Eye of the Tiger) mahnısına qeyri-iradi bir istinad olduğunu bildirib. “Kimin bu mesajı anladığını bilirəm, bu, qətiyyət əlamətidir”, – deyə Makron əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!