Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Yanvar 2026 / 13:52

Üzərliyin mistik gücünü bildirdinizmi?

Mifologiya və inanclarda üzərliyə olan inam onun bəd nəzərdən qoruması ilə bağlıdır. Bəlkə də buna görə az qala hər evdə sözügedən bitkiyə rast gəlmək mümkündür. Üzərliyin mistik gücünə inam müasir həyatımızda da ondan istifadə edilməsinə səbəb olur. Keçmişimizdən, nənə-babalarımızdan bizə üzərlik sanki miras qalıbdır. Elə indi də hər bir evdə üzərlik saxlanılır. Elə bu səbəbdəndir ki, bəd-nəzərdən qorunmaq üçün tez-tez üzərlik yandırırıq. Amma üzərliyin saysız-hesabsız faydalarından tam olaraq xəbərsizik.

Bu səbəbdən “Təzadlar” olaraq üzərliyin faydalarını tibbi mənbələrə istinadən oxucularımızın diqqətinə çatdırırıq.

Üzərlik dəmləməsi:

– revmatizm xəstəliyi zamanı çox yaxşı təsir göstərir.

– beyin damarlarını genişləndirir

– qan dövranını yaxşılaşdırır

– toxumalar və oynaq ağrıları üçün faydalıdır.

– sinir sisteminə müsbət təsir edir.

– bəlğəm qovucudur.

– saç tökülməsinə mane olur.

– sulu eqzema şikayətlərini aradan qaldırır.

– mədə və qulunc ağrılarına da faydalıdır.

– sidik yolu problemlərinə qarşı təsirli olduğu deyilir.

– bağırsaq mikroblarını və bakteriyaları öldürmək gücünə malikdir.

– parkinson xəstəliyinə və yuxusuzluğa qarşı faydalıdır.

– antidepresant təsirləri ilə depressiyanın müalicəsində faydalı ola bilər.

– yaraların yaxşılaşmasına kömək edir.

– cinsi gücü və istəyi artırdığına dair inam vardır.

Məqamında bildirim ki, üzərliyin mistik gücü yuxarıda qeyd etdiklərimlə bitmir. Üzərliyin digər faydalı tərəfləri həqiqətən heyrətamizdir. Belə ki, bitkinin toxum və gövdəsində qiymətli boyaq maddəsi var. Həmin maddədən laboratoriya şəraitində yun və ipək məhsulları boyamaq üçün istifadə olunur və ondan sarı, narıncı, yaşıl və s. rənglər, yağından isə sabun alınır.

Onun tüstüsü diş ağrısının qarşısını alır. Üzərliyi kətan toxumu və balla qarışdırılıb qəbul edilməsi astma xəstəliyi zamanı çox xeyirlidir.

Üzərliyin kökündən hazırlanan dəmləmə sinir sisteminə sakitləşdirici təsir göstərir.

Müasir elmi araşdırmalar da üzərliyin sinir sisteminə olan müsbət təsirini təsdiq edib.

Stresslə mübarizədə köməkçi olan üzərlik otunun bir çox faydası var.

Ümumiyyətlə üzərliyin müalicəvi əhəmiyyəti əsasən əsəb-sinir sistemi xəstəlikləri ilə bağlıdır. Antiseptik, antimikrob və virus əleyhinə xüsusiyyətləri hamıya məlumdur. Lakin üzərliyin digər daha az bilinən faydalı xüsusiyyəti də var.

Üzərliyin tərkibində olan harmalin, harmin və harmalol adlı alkaloidlər həyacanı azaldır, sinir hüceyrələrini bərpa edir, sinir keçiriciliyini yaxşılaşdırır, iflic, qıcolmalar, yuxusuzluq zamanı kömək edir, sinir sisteminə sakitləşdirici təsir edir.

Üzərlik ekstraktı nevrasteniya, şizofreniya, parkinson xəstəliyi zamanı effektlidir.

Üzərlik güclü təbii antidepressantdır, depressiya zamanı kömək edir.

Üzərliyin bu faydalı xüsusiyyətləri əczaçılıq sənayesində geniş istifadə olunur. Beləki, bitki bir çox sakitləşdirici preparatların tərkibinə daxildir.

Bu ot sinir sisteminin gərginliyini, yuxusuzluq problemi və daha bir çox narahatlığı aradan qaldıran ən təsirli bitkilərdəndir.

Sonda onu qeyd edək ki, hal-hazırda MDB və bir çox ölkələrdə üzərliyin  açıq-aşkar satılması və ölkəyə gətirilməsi qadağan edilmişdir. Buna səbəb isə üzərliyin müsbət xüsusiyyətləri ilə yanaşı, eyni zamanda mənfi xüsusiyyətə malik olması, hətta toxumalarında narkotik tərkibli maddənin olmasıdır. Jurnalist araşdırmalarımdan belə nəticəyə gəldim ki, üzərliyin tərkibindəki toxumlar xəstəliklərdə ağrı kəsici rolunu oynayır.

Hazırladı: RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!