Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Yanvar 2026 / 21:25

Bakı–Sumqayıt xəttində əlavə reyslər təyin edildi

Yanvarın 21-dən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər ediləcək.

Bu barədə Tezadlar.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Yeni hərəkət cədvəlinə əsasən, iş günlərində qatarlar 96 reys yerinə yetirəcək.

İş günləri saat 18:40-da Bakıdan Xırdalan istiqamətində təyin edilən ekspres tipli qatar Biləcəri stansiyasında da dayanacaq. Həmçinin Sumqayıt-Pirşağı-Bakı xətti üzrə saat 08:00-da əlavə reys təyin edilib. Bu xətt üzrə Sumqayıtdan saat 07:30-da, eləcə də saat 08:00-da hərəkət edən ekspres qatarlarına Bakıxanovda dayanacaq veriləcək.

Bundan başqa, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə saat 18:05-də hərəkət edən ekspres qatarı Sabunçu vağzalında da dayanacaq.

ADY-dən bildirilib ki, qrafikin dəyişdirilməsi qatarlardan birinin zəruri və planlı təmir səbəbindən dövriyyədən çıxarılması ilə bağlıdır.

Şənbə və bazar günlərində şəhərətrafı qatarların hərəkət cədvəli dəyişiklik edilmədən qüvvədə qalacaq.

Qeyd edək ki, ADY hərəkətin təhlükəsizliyinin, hərəkət vasitələrinin təhlükəsiz istismarının və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə davamlı olaraq infrastrukturu yeniləyir, hərəkət tərkiblərinin (qatar, lokomotiv, vaqon və s.) texniki baxışını və təmirini həyata keçirir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!