Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almanlar çoxlu xəstəlik günləri qəbul edirlər ki, bu da ölkə iqtisadiyyatına zərər verir.
Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merts bundan şikayətlənib.
Merts Baden-Vürtemberqdə keçirilən Xristian Demokrat Birliyinin seçki kampaniyası tədbirində çıxış edib. O, tibbi sığorta məsələsini qaldırıb və almanların orta hesabla 14,5 xəstəlik günləri qəbul etdiyini qeyd edib.
“Bu, Almaniyada insanların xəstəlik səbəbindən işləyə bilmədiyi təxminən üç həftədir. Doğrudanmı? Bu, həqiqətən vacibdirmi?” – deyə kansler bildirib.
O, “Almaniyada daha yüksək iqtisadi məhsuldarlıq səviyyəsinə” nail olmaq üçün birgə səy göstərməyə çağırıb.
Bu həftə Merts Yeni il işgüzar qəbulunda çıxış edərək almanların iqtisadi böhrana tab gətirmək üçün daha çox çalışmalı olduqlarını bildirib.
E.ŞİRİNOV