Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2022 / 14:24

“UKRAYNA” DAİRƏSİNDƏ YENƏ DƏ AVTOQƏZA- FOTO

…Bu dəqiqələrdə Bakının Xətai rayonunda- “Ukrayna” dairəsində avtoqəza baş verib… 

“Təzadlar”ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Metronun “Əhmədli” istiqamətində hərəkətdə olan “KİA” markalı avtomobil dairədən şəhər istiqamətində hərəkət edən “Mersedes” markalı avtomobillə toqquşub. Bir neçə avtomobil zədələnib. Xoşbəxtlikdən bu ərazidə sürət həddi az olduğundən daha ağır nəticələr olmayıb. 

Xatırladaq ki, bu ərazidə daim belə avtoqəzalar baş verir. Səbəb isə odur ki, “Ukrayna” dairəsinə 5 istiqamətdən daxilolma baş verdiyindən digər sürücülər dairədə hərəkət üstünlüyü olan avtomobillərin və ictimai nəqliyyatın əlindən bezərək vəziyyətdən çıxmağa çalışır. DYP əməkdaşları isə adətən həmin ərazidə yox, xeyri aralıda dayanaraq yolun nizamlanmasına deyil, tələsən sürücülərə cərimə yazmaqda həvəsli görünür.

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!