Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Yanvar 2026 / 12:02

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Bu gün, yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tezadlar.az xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən, qatarlardan siqnallar verilib, hüzn əlaməti olaraq ölkənin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycan Respublikasının Dövlət Bayrağı endirilib.

Qeyd edək ki, Qanlı Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycanın bütün ərazisində və bir sıra xarici ölkələrdə şəhidlərin xatirəsi yad edilir, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər Xiyabanını ziyarət edənlər qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!