Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın Tehran əyalətində məktəblər yanvarın 24-də distant təhsilə keçəcək.
Tezadlar.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehranın Təhsil və İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib.
Məlumata görə, qar və soyuq hava şəraiti ilə əlaqədar həmin gün dərslər onlayn formatda keçiriləcək. Bu formatın növbəti günlərdə davam edib-etməyəcəyi barədə məlumat verilməyib.
Bildirilib ki, Tehran əyaləti icra başçısının ofisi və böhran idarəetmə qərargahı ilə koordinasiya əsasında bölgənin bütün ibtidai və orta məktəblərində dərslər onlayn formatda davam etdiriləcək.
İnformasiyaya əsasən, bütün məktəblərə enerjiyə qənaət etmələri, lazımsız istilik və işıqlandırma sistemlərini söndürmələri ciddi şəkildə tövsiyə olunur.