Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Yanvar 2026 / 21:30

Kristensen: Oyunumuz qəbuledilməz idi

“Ayntraxt”ın futbolçusu Rasmus Kristensen Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyunla bağlı danışıb.

Tezadlar.az xəbər verir ki, o, “Qarabağ”ın yaxşı oynadığını etiraf edib:

“Oyunumuz qətiyyən yetərli deyildi. Kifayət qədər yaxşı oynamadıq. Bəzi məqamlarda düzgün oynadıq, hesabda önə keçdik. Amma dərhal qol buraxdıq ki, bu da qəbuledilməzdir. “Qarabağ”ı təbrik edirəm. Onlar vəziyyəti çox yaxşı idarə etdilər. Səhvlərimizdən maksimum yararlandılar. Ciddi səhvlər etdiyimiz anlarda bizi düzgün cəzalandırdılar”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!