27 Yanvar 2026 / 11:22

DTX əməkdaşı avtomobildə ölü tapıldı-yan oturacaqda məktub var!

Dəhşətli hadisədir: Prokurorluq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşının vəfat etməsi faktı ilə bağlı bəyanat yayıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, qurumun açıqlamasına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşının vəfat etməsi faktı ilə bağlı, Tbilisi Prokurorluğunun İstintaq İdarəsi Cinayət Məcəlləsinin 115-ci maddəsi (intihara təhrik etmə) ilə istintaqa başlayıb. Məlumatda deyilir: “Antikorrupsiya Agentliyinin əməkdaşı bu gün səhər öz avtomobilində odlu silahdan aldığı xəsarət nəticəsində vəfat etmiş halda tapılıb. Hadisə yerinin baxışı zamanı odlu silah götürülüb, hansı ki, mərhumun yanında olub, həmçinin yan oturacaqda bir məktub aşkar edilib. Müvafiq təcili istintaq tədbirləri davam etdirilir”.

 Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir: “Bu şəxs Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin çox layiqli və seçilən əməkdaşı idi və hamı tərəfindən sevilirdi. İlkin məlumata görə, sizə deyə biləcəyimiz odur ki, bir neçə ay əvvəl o, xaricdə əməliyyat keçirib, onlarla kiloqram arıqlayıb və bu səbəbdən səhhətində problemlər yaranıb. İşçilərdən bildiyimizə görə, o, işə tez gəlib, görünür, silah götürüb, iş yerindən çıxıb və maşınında güllə yarası ilə ölü tapılıb. O, maşının yan oturacağına qeyd qoyub. Bu, bizə məlum olan ilkin məlumatlardır”.

Güman edilir ki, hadisə intihar faktıdır və DTX əməkdaşı aoardığı yoxlamada qarşılaşdığı faktların qurbanı olub.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!