27 Yanvar 2026 / 21:42

Roma klubu qapıçı xəttini gücləndirdi

İtaliya A Seriası təmsilçisi “Latsio” heyətini yeni qapıçı ilə gücləndirib.

Tezadlar.az xəbər verir ki, bu barədə romalıların mətbuat xidməti məlumat yayıb.

Komanda 21 yaşlı qolkiper Edoardo Motta ilə anlaşıb. Onun “Latsio” ilə olan sözləşməsi 2029/2030 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Motta “Yuventus”un gənclər akademiyasından yetişib. O, son olaraq İtaliyada “Redcana” komandasının heyətində 21 oyunda meydana çıxıb, beş matçda qapısını toxunulmaz saxlayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!