Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vinisius Junior “Real” rəhbərliyinə müqavilənin uzadılması aprel ayına qədər həll olunmazsa, klubdan ayrılmağa hazır olduğunu açıq şəkildə bildirib.
Tezadlar.az-ın xarici mediaya istinadla məlumatına görə, Nasser Əl-Xelaifinin rəhbərlik etdiyi Paris klubu PSJ-nin braziliyalı hücumçuya böyük maraq göstərdiyi bildirilir. Şayiələrə görə, Vinisius təxminən 30 milyon avro maaş gözləyir.
Vinisius Junior 2018-ci ildə “Flamenqo”dan 45 milyon avroya “Real”a keçib. O, bu mövsüm “Kral klubu”nda 31 oyunda meydana çıxıb, yeddi qol vurub və 11 məhsuldar ötürmə edib.
Vinisiusun “Real” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir və “Transfermarkt”a görə, onun bazar dəyəri 150 milyon avrodur.