Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avstraliya rekord qıran istilərə məruz qalıb.
Tezadlar.az xəbər verir ki, ölkədə havanın temperaturu 50 dərəcəyə yaxın olub.
Yerli meteoroloqlar bildiriblər ki, Viktoriya ştatının bir neçə şəhərində temperatur 48,9 dərəcəyə çatıb. Əgər təsdiqlənsə, bu, region üçün rekord həddə çatacaq.
Həddindən artıq yüksək temperatur fonunda Avstraliya hökuməti ölkə daxilində meşə yanğınları riskinin artacağı barədə xəbərdarlıq edib. Hazırda Avstraliya açıq tennis turnirinin davam etdiyi Melburnda da rekorda yaxın istilik dalğaları qeydə alınıb.