Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qız qaçıqma bütün dünyada adam oğurluğu cinayətidir və sanksiyası demək olar eynidir… Budur, Gürcüstanda Marneuli Rayon Polis İdarəsinin əməkdaşları 2004-cü il təvəllüdlü N.A və 2000-ci il təvəllüdlü S.B adlı şəxsləri qanunsuz azadlıqdan məhrum etmə ittihamı ilə saxlayıblar. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Araşdırmalar zamanı müəyyən edilib ki, N.A Marneuli bələdiyyəsinin bir kəndində 2006-cı il təvəllüdlü U.K-nı evlənmək məqsədilə qanunsuz olaraq azadlığından məhrum edib. Cinayətdə S.B də iştirak edib. Hüquq-mühafizə orqanlarının istintaq tədbirləri nəticəsində hər iki təqsirləndirilən şəxs cinayətdən dərhal sonra saxlanılıb. İstintaq Cinayət Məcəlləsinin 143-cü maddəsi üzrə aparılır ki, bu da 4 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
Qızı qaçırdılar, amma özləri qanundan qaça bilmədilər…
A,Məmmədli