Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının sabiq bədii rəhbəri Mehriban Ələkbərzadə niyə işdən çıxarılmasının səbəbini dilə gətirdi. Tezadlar.az xəbər verir ki, mediaya danışan Ələkbərzadə əsəbi halda deyib ki, doğru məlumat almaq istəyənlər nazirliyin saytına nəzər salsın: “Mənə bu haqda çox zəng gəlir. Deyirlər, aktyorlar sizin haqqınızda danışır, yazır. Doğru məlumat Mədəniyyət Nazirliyinin saytında qeyd olunub. Mədəniyyət Nazirliyinin qərarı ilə Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib. Bu məlumatla kifayətlənmək lazımdır”.
Vəssalam? Axı, bildiyimiz qədər teatrda qalmaqallar baş alıb gedirdi, özü də kabinetdə, teatrda səhnəyə qoyulan əsərlərin sujetində yox… Xanlarova ilə olan qalmaqal isə sərhəd tanımırdı…
ELÇİN
