28 Yanvar 2026 / 20:53

İlham İsmayıldan sağlamlığı ilə bağlı ilk açıqlama

Mədəsində yaranan problem səbəbi ilə əməliyyat olunan təhükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl xəstəxanadan evə buraxılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə İ.İsmayıl özü məlumat verib.

O, hazırda əməliyyat səbəbindən səhhətində zəifləmə olsa da, bunun yaxın zamanda aradan qalxacağını bildirib:

“Əməliyyata görə bir az zəifləmişəm, halsızlıq var səhhətimdə. O da düşünürəm ki, yaxın günlərdə qaydasına düşəcək. Bu gündən artıq xəstəxanadan evə buraxılmışam”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!