29 Yanvar 2026 / 02:54

TƏCİLİ: ASLAN İSMAYILOV NAZİR SAHİL BABAYEVİ BUNA GÖRƏ BİABIR ETDİ

Tanınmış hüquqşünas və vəkil Aslan İsmayılov belə bir qalmaqallı açıqlama yayıb: “Son günlər hakim və prokuror işləyib təqaüdə çıxmış bir neçə nəfər aldıqları 4–5 min manatın az olduğunu əsas gətirərək məhkəmələrə müraciət edib, təqaüdlərinin artırılmasını tələb edirlər. Hamıya məlumdur ki, bu şəxslər xidmət dövrlərində daha yüksək maaş alıblar. Bundan başqa, onların hər birinin maaşı ümumi gəlirlərinin yalnız cüzi bir hissəsi olub — bu da hamıya bəllidir. Mən həmin şəxslərin maddi vəziyyətlərini yaxşılaşdırmaq istəmələrinə qarşı deyiləm. Sadəcə məni təəccübləndirən bu təqaüd məbləğlərini müəyyən edənlərin məntiqidir. Əgər həmin şəxslər aldıqları 4–5 min manatın normal yaşamaları üçün kifayət etmədiyini bildirirlərsə, bəs onda vətəndaşa minimal təqaüdü 220 manat müəyyən edənlər hansı məntiqdən çıxış ediblər?
Qeyd edim ki, 1975-ci ildən bu günədək daim faydalı əməklə məşğul olmuşam. 13 ildən artıq hakim, məhkəmə sədri, Respublika Prokurorluğunda şöbə prokuroru, Prezident Aparatında isə baş məsləhətçi vəzifələrində çalışmışam. Qısa müddət vəkil işlədiyim dövrdə də ən çox qonorar rəsmiləşdirən vəkillərdən biri olmuşam. İşlədiyim hər vəzifədə peşəmi vicdanla icra etmişəm. Bu gün aldığım təqaüd 367 manat 58 qəpikdir. Az qala yadımdan çıxmışdı qeyd edim ki, bütün bu illər ərzində korrupsiyaya bulaşmadan çalışmışam. Dünyanın heç bir yerində sıravi vətəndaşla məmurun aldığı pensiya arasındakı fərq bu həddə deyil. Bu islahatı həyata keçirən isə hazırda maliyyə naziri vəzifəsini tutan Sahil Babayev olub”.
Tezadlar.az əlavə şərh verəcək.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!