29 Yanvar 2026 / 15:05

YPX Bakı-Şamaxı yolunda “avtoşluq” edən “Chevrolet”lərin sürücülərinə qanunvericiliyi başa salıb…

Yolda sürət yarışı təşkil edən sürücülər saxlanılıblar.
Tezadlar.az   xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri  Elşad Hacıyev bildirib.
“Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı aparılan araşdırma zamanı 23 yanvar 2026-cı ildə Bakı–Şamaxı avtomobil yolunda 90-YD-792 və 90-YH-208 dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt” markalı avtomobillər arasında sürət yarışı təşkil edildiyi müəyyən olunub.
Yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradan hər iki sürücü Yol-Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Yollarda sürət yarışı ağır və geri dönməz nəticələrə səbəb ola bilər. Bu kimi hallara qarşı ən sərt hüquqi tədbirlər davam etdiriləcək”, – deyə o, qeyd edib.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!