31 Yanvar 2026 / 15:15

Azərbaycanda 4 mindən çox dializdə olan şəxsin donora ehtiyacı var – təfərrüatlar

Hazırda Azərbaycanda mindən çox şəxsin orqana ehtiyacı var.

Tezadlar.az xəbər verir ki, bunu Orqan Donorluğu va Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova bu gün “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masa çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Sədr qeyd edib ki, həmin şəxslərin donor ola biləcək insanlara ehtiyacı var:

“Hazırda Azərbaycanda 4642 şəxs dialezdədir. Onların da donor ola biləcək insanlara ehtiyacı var”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!