1 Fevral 2026 / 10:47

İNANILMAZ: BROYLER TOYUĞUNU ŞİŞİRDİB HİNDUŞQA ADI İLƏ GÖRÜN KİMƏ SATDILAR!

…Ağlı, düşüncəsi, beyni… olmayan Süni intellekt adamların oxşarını yaradırsa, niyə adamlar da heyvanların oxşarını yaratmasın?! Biləsuvarda tanınmış naşir Şahbaz Xuduoğlunun başına gələnlər həqiqətən də şok effekti yaradıb. Tezadkar.az onun bu statusunu təqdim edir ki, hamı diqqətli olsun: “Bilmirəm, kimlər bununla üzləşib, amma şəxsən mənim indiyə qədər rastıma çıxmamışdı. Bu dəfə qayıdanda yolüstü Biləsuvar körpüsünü keçib Salyan istiqamətində yolun kənarında hinduşka, qaz və quş satıldığını gördüm. Adətən yol qırağında dayanan adamlardan nəsə alanda təkcə məhsula görə yox, bir az da onları dəstəkləmək niyyəti ilə alırsan. Mən də bu düşüncə ilə aldım. Açığı, alarkən bir qədər şübhələndim, görünüşcə hinduşkaya, qaza bənzəmirdi. Amma yenə də “aldatmazlar” deyə düşündüm. Evdə məlum oldu ki, qaz və hinduşka adı ilə təqdim olunanlar sadəcə şişirdilmiş toyuqlardır. Yəni mən aldandım. Heç olmasa siz aldanmayın…”.
Bax belə…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!