Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail iki ildir bağlı olan Qəzza ilə Misir arasındakı Rəfah sərhəd keçid məntəqəsini pilot layihə əsasında açıb.
Qeyd edilib ki, Misir və İsrail arasında əlaqələndirilmiş səylər nəticəsində sərhəd keçidləri asanlaşdırılacaq.
Tezadlar.az xəbər verir ki İsrail mediası Rəfah sərhəd keçid məntəqəsinin bu gün yalnız sınaq məqsədilə açıldığını və piyada keçidlərinin sabah başlayacağını bildirib. Məlumatda bildirilir ki, sabahdan etibarən sərhədi məhdud sayda insan keçə bilər – hər gün 150 nəfər Qəzzanı tərk edə, 50 nəfər isə geri qayıda bilər. Misirdən gələn humanitar yardım yük maşınlarının Rəfah sərhəd keçid məntəqəsindən Qəzzaya girməsinə icazə verilməyəcək. İsrailin “12-ci Kanal” televiziyası bildirib ki, Qəzzaya giriş və çıxış Misirlə koordinasiya yolu ilə mümkün olacaq və Misir sərhədi keçənlərin siyahısını təsdiq üçün 24 saat əvvəl İsrailə təqdim edəcək. İsrail həmçinin Avropa Birliyinin Rəfah Sərhəd Yardım Missiyasının (EUBAM Rəfah) yerləşdiyi keçid ərazisində təhlükəsizlik yoxlamaları aparacaq.
İsrail ordusu hələlik Rəfah sərhəd keçid məntəqəsinin “sınaq” açılışı ilə bağlı açıqlama verməyib.