Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Lənkəran rayonunda ev yanıb. Tezadlar.az FHN- ə istinadla bildirir ki, hadisə ötən gecə rayonun Aşağı Nüvədi kəndi ərazisində baş verib. Belə ki, kənd sakini – 1981-ci il təvəllüdlü Rəfi Firdovsi oğlu Rəhimova məxsus ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli evdə yanğın olub. Hadisə yerinə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın yerində aparılan araşdırma zamanı ev sahibi R.Rəhimovun meyiti aşkar edilib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.