Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xaricdən verilən sifarişlərdə bağlamaların uzun müddət, 1 aya yaxın gömrükdə qaldığı bildirilir.
Tezadlar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Şikayətçilər bildirirlər ki, “Trendyol”, “Temu”, “AliExpress”, “AMAZON” kimi onlayn mağazalardan sifariş olunan məhsullar günlərdir ki, gömrük anbarında saxlanılır, əlaqə saxladıqda isə onlara heç bir əsaslı məlumat verilmir.
Tezadlar.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən bildirildi ki, gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır:

“Gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir.
Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur.
Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir.
Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur.
Sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur”. /Lent.az