Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Ölkəmizin ən yaşlı sakinlərindən biri, ömrünün bir əsrindən çoxunu geridə qoyan 113 yaşlı Xeyrənisə nənənin (Xeyrənisə Baxışəliyeva) illərdir qəlbində böyütdüyü Kəlbəcər nisgili vüsalla əvəz olunub. Təqdim olunan videoreportajda, bir insanın vətən sevgisinin zamanı və məsafələri necə məğlub etdiyinə şahidi oluruq.
Videoreportajda iki fərqli dövrün müqayisəli mənzərəsi yaradılıb: 2024-cü ildə Kəlbəcərə hələ böyük köç başlamazdan əvvəl lentə alınan müsahibədə Xeyrənisə Baxışəliyeva gözlərindəki kədər və torpaq həsrəti ön plandadır. O, doğma yurduna qayıdacağına olan sarsılmaz inamını ifadə edir, hər gününü o günü görmək arzusu ilə yaşayır.
2025-ci ildə Kəlbəcərin azad nəfəsi altında, artıq öz yurdunda çəkilən müsahibədə isə Xeyrənisə nənə artıq qonaq deyil, ev sahibidir. Videoda onun Kəlbəcərin hər bir daşına, havasına olan bağlılığı və qayıdışdan sonra sanki yenidən doğulması əks olunub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlanmış videoreportajı təqim edirik: