3 Fevral 2026 / 13:42

Gürcüstan 57 əcnəbini deportasiya edib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə Rusiya vətəndaşları da daxil olmaqla 57 əcnəbini deportasiya ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə departamentin mətbuat xidmətinin açıqlamasında bildirilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan, Əlcəzair, Banqladeş, Yunanıstan, Misir, İordaniya, İsrail, Hindistan, İran, Yəmən, Çin, Kuba, Mərakeş, Nepal, Nigeriya, Rusiya, Suriya, Türkiyə, Tayland, Türkmənistan və Özbəkistan vətəndaşları Gürcüstandan deportasiya edilib. Bu şəxslərin respublikaya girişi qadağan edilib.

Yanvar ayında 232 miqrantın Gürcüstandan deportasiya edildiyi bildirilir.

Gürcüstan son zamanlar qanunsuz immiqrasiya ilə fəal mübarizə aparır. Keçən il ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirib, deportasiya prosedurlarını və miqrantların axtarışını sadələşdirib. Hər ay Gürcüstan Daxili İşlər Nazirliyi onlarla xarici vətəndaşın deportasiyası barədə məlumat verir. 2025-ci ildə Gürcüstan hakimiyyəti 1300-dən çox qanunsuz miqrantı deportasiya edib ki, bu da əvvəlki altı ilin ümumi sayından çoxdur.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!