Bir neçə gün əvvəl yolüstü Biləsuvar körpüsünü keçib Salyan istiqamətində yolun kənarında hinduşka və qaz adı ilə quş satılması ilə bağlı paylaşım etmişdim. Qeyd etmişdim ki, aldığım quşlar sonradan hinduşka və qaz deyil, sadəcə toyuq çıxdı.
Tezadlar.az xəbər verir ki, bunu
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu sosial media səhifəsində bildirib.
“Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə maraqlandı, yerində baxış keçirdi və mənim qeyd etdiyim fakt təsdiq olundu.
Bir daha xatırladıram:
Yolüstü, xüsusən də Biləsuvar–Salyan istiqamətində yol kənarında “hinduşka”, “qaz” adı ilə satılan quşlara qarşı diqqətli olun. Tələskənlikdən və insanlara dəstək niyyətindən istifadə edərək adamı aldadırlar. Maşını saxlayıb oradan quş almağınız məsləhət deyil.
Məni qınadılar ki, niyə quşu toyuqdan ayıra bilmədim. Doğrusu heç zaman inana bilmızdim ki, insanlarımız zəhərli qida satmaq həddində murdar və fırıldaqçı ola bilərlər. Qida təhlükısizlik Agentliyi yeməməyi məsləhət gördü. Mən də heyvanlar üçün zooparka göndərim”, – deyə o qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Şahbaz Xuduoğlu
broyler toyuğunu “hinduşka” adı ilə alması barədə paylaşım etmişdi.
JASMİN