Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tanınmış aparıcı İlqar Mikayıloğlu ötən ilin yanvarında dünyasını dəyişən aktrisa Çimnaz Sultanova ilə bağlı bəzi məqamları açıqlayıb.

Tezadlar.az xəbər verir ki, verilişinin növbəti buraxılışı onkoloji xəstəliyə həsr edən aparıcı aktrisanın müalicədən imtina etdiyini bildirib. O qeyd edib ki, xanımların əksəriyyəti saç, qaş, kirpik tökülməsinə görə kimyaterapiyadan imtina edir.
Proqramda yer alan həkim də Ç.Sultanovanın onun pasienti olduğunu və kimyaterapiyanın ilkin mərhələsindən sonra saçı töküldüyü üçün ondan imtina etdiyini təsdiqləyib.