Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynalı tennisçi Aleksandra Oleynikova Rumıniyada keçirilən turnirdə macarıstanlı rəqibi Anna Bondarla əl sıxmaqdan imtina edib.
Tezadlar.az xəbər verir ki, A. Oleynikova bu qərarını macarıstanlı tennisçinin 2022-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən turnirdə iştirak etməsi ilə izah edib.
Həmin dövrdə Peşəkar Tennisçilər Assosiasiyası və Qadın Tennis Assosiasiyası təşkilatları Rusiyada yarışların keçirilməsini dayandırmışdı.
Ukraynalı idmançı bildirib ki, Rusiya ordusunun Ukrayna ərazisində keçirdiyi hərbi əməliyyatlar fonunda Bondarın Rusiyaya getməsi qəbuledilməzdir və bu səbəbdən onunla əl sıxmayıb.
idman.biz