5 Fevral 2026 / 12:54

Nazir Fərid Əhmədov hüquqşünas azlığından danışıb: ” Hər il 1400 hüquq məzununun cəmi 600-ü…”

“Artıq hüquqşünaslıq elitar peşəyə çevrilib”

***

Hüquq təhsilində islahat bütövlükdə hüquq sistemində həyata keçirilən islahatların ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Tezadlar.az xəbər verir ki,  bu fikirləri bu gün “LEGIS” Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı Ədliyyə naziri Fərid Əhmədov bildirib.

Nazir qeyd edib ki, hüquq təhsilinin keyfiyyətində olan boşluqlar gələcəkdə ədalət mühakiməsində boşluqların yaranmasına gətirib çıxarır.

“Bu gün təhsil müəssisələrimizdən hər il 1400 hüquq məzunu buraxılır. Bunlardan 600-ü ixtisaslaşmış təhsil müəssisələri tərəfindən hazırlanır. Əmək bazarına daxil olan hüquqşünasların sayı isə azdır. Azərbaycanda hər 100 000 adama 28 vəkil düşür. Əmək bazarına kifayət qədər hüquqşünas buraxa bilmirik”.

Onun sözlərinə görə,  ölkəmizdə hər 100 000 adama 1,5 notarius düşür və məsələnin həll yolu hüquq ixtisası üzrə universetitetlərə qəbul sayını artırmaqdadır:

“Artıq hüquqşünaslıq elitar peşəyə çevrilib. Hüquq ixtisasına daxil olanların topladığı bal 600-dan yuxarıdır. Düzdür, kəmiyyət problemini həll edə bilərik, lakin belə olanda keyfiyyət aşağı düşəcək. Bu baxımdan müvafiq qurumlarla işlər aparılmalı, mərhələli şəkildə ciddi addımlar atılmalıdır”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!